Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisə fəaliyyətə başlayacaq

Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisə fəaliyyətə başlayacaq
Sosial 147

Bu il Sumqayıt Kimya Sənaye Parkında 5-dən çox müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov bildirib.

Onun sözlərinə görə, müəssisələr elektrik mühərrikli avtobusların, yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin, tikinti kimyəvilərin, inşaat materiallarının və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağızın və s. məhsulların istehsalı ilə məşğul olacaqlar.

Bundan başqa, E.Kazımov 2015-2024-cü illərdə Parkda 13,2 milyard manatlıq məhsul istehsal edilib, 2016-2024-cü illərdə istehsal edilmiş 4,6 milyard manatlıq məhsul 70-dən çox ölkəyə ixrac olunub. Parka sahibkarlar 5,5 milyard manatdan çox investisiya yatırıb, 6400-dən çox daimi iş yeri yaradıb".

Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkında ölkə Prezidentinin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılıb, 613 hektar ərazini əhatə edir.

Oxşar xəbərlər

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Daha bir YENİLİK OLACAQ

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Daha bir YENİLİK OLACAQ

Metroda eskalatorların fasiləsiz işləməsi üçün həm texniki baxışların vaxtında aparılması, həm də avadanlığın yenilənməsi vacibdir. BAKU.WS xəbər verir ki, mütə...

386 Sosial 20:38 09 sentyabr 2025

Son xəbərlər