Köç karvanı Şükürbəyli kəndinə çatıb, ailələrə mənzillərinin açarları təqdim edilib

Köç karvanı Şükürbəyli kəndinə çatıb, ailələrə mənzillərinin açarları təqdim edilib
Foto
Sosial 116

Cəbrayıl rayonun Şükürbəyli kəndinə yola salınan köç karvanı doğma yurda çatıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, onlara mənzillərinin açarları təqdim edilib.

Xatırladaq ki, bu mərhələdə Şükürbəyli kəndinə 45 ailə - 196 nəfər köçürülüb.

***

Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb

Cəbrayıl rayonun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Şükürbəyli kəndinə 45 ailə - 196 nəfər köçürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər