İstirahət günlərinin hava proqnozu

İstirahət günlərinin hava proqnozu
Sosial 5
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin noyabrın 16-sı, 17-də gecə və səhər Böyük Qafqazın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.Dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var.Havanın temperaturu dağətəyi rayonlarda 8-13, dağlıq rayonlarda 4-9 dərəcə isti təşkil edəcək.Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var.Havanın maksimal temperaturu 9-13, dağlıq rayonlarda 5-9 dərəcə isti təşkil edəcək.Qazax-Gəncə zonasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin noyabrın 16-da gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 11-16 dərəcə isti təşkil edəcək.Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.Paytaxtda isə bəzi yerlərdə yağış yağacağı, noyabrın 16-da günün ikinci yarısında, 17-də əsasən yağmursuz keçəcəyi gözlənilir.Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 11-14 dərəcə isti təşkil edəcək.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər