İstehlaka yararsız qida məhsulları satışdan çıxarılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 51C ünvanında fəaliyyət göstərən, fiziki şəxs Abasov Habil Seyfulla oğluna məxsus “İstanbul” aptekdə keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
AQTA-dan BAKU.WS-ə verilən məlumata görə, “Krilom Omega3 №50” bioloji aktiv qida məhsullarının qida təhlükəsizliyi sertifikatı olmadan satışa çıxarıldığı, həmçinin içlik vərəqində Azərbaycan dilində məlumatların əks olunmadığı aşkar olunub.
Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyasına təqdim olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq, məhsullar satışdan kənarlaşdırılıb və inzibati protokol tərtib edilib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...