"Sovetski"də tarixi abidələrin sayı məlum oldu - RƏSMİ
"Hazırda "Sovetski" adlanan ərazidə dövlət mühafizəsində olan 70-dən çox tarixi abidə, həmçinin memarlıq və mədəni dəyəri olan 50-dən artıq bina yerləşir".
BAKU.WS xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov jurnalistlərə açıqlamasında deyib.
"Beləliklə, ümumilikdə 120-dən artıq binanın saxlanılması, "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" əsasında həmin binaların bir hissəsinin tarixi əhəmiyyətinin və dəyərinin yenidən qiymətləndirilməsi nəzərdə tutulur",-deyə Riad Qasımov əlavəı edib.
Oxşar xəbərlər
Azərbaycan fermerləri yaxın günlərdə subsidiya almağa başlayacaq
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2025–2026-cı əkin ili üzrə payızlıq əkinlər və çoxillik əkmələrə görə subsidiya ödən...