"Sovetski"də bir evin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirilib
Bir sıra sosial şəbəkə platformalarında Yasamal rayonu, B. Səfəroğlu küçəsi 78 ünvanında yaşayan vətəndaşın evinin qanunsuz olaraq sökülməsi iddialarına aydınlıq gətirilib.
Bu barədə BAKU.WS-ə Yasamal rayon İcra Hakimiyyətindən məlumat verilib.
"Bildiririk ki, Yasamal rayonu, B. Səfəroğlu küçəsi 78 ünvanında yaşayan sakin Tatyana Aqafonovanın yaşadığı evin istismar müddəti başa çatıb", - məlumatda bildirilib və əlavə edilib ki, müvafiq komissiya tərəfindən aparılan qiymətləndirmə və köçürülmə prosesi çərçivəsində sakin tərəfindən əmlakın bazar dəyərindən dəfələrlə yüksək məbləğ tələb edilib.
Eyni zamanda, çıxarışla rəsmiləşdirilmiş sahədən əlavə, sakinin faktiki istifadəsində qanunsuz tikilmiş, binanın konstruktiv dayanıqlılığına mənfi təsir göstərən və qəzalı binanın vəziyyətini daha da ağırlaşdıran əlavə tikili mövcuddur və hal-hazırda evin deyil,sözügedən qanunsuz inşa edilmiş əlavə tikilinin söküntüsü işləri aparılır.
Qeyd edək ki, keçmiş "Sovetski" kimi tanınan ərazidə istismar müddəti başa çatmış tikililərin söküntü işləri aparılır. Sakinlərə bazar qiymətinə uyğun kompensasiya ödənilməklə köçürülmə prosesi həyata keçirilir.
Proses tam yekunlaşdıqdan sonra ərazinin abadlaşdırılması, mövcud tarixi binaların təmiri və bərpası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Gəncin kanalizasiyaya düşüb öldüyü ərazidə NÖVBƏTİ TƏHLÜKƏ
Paytaxtın Binəqədi rayonunda, "Baksol yolu" kimi tanınan ərazidə yenidən çökmə baş verib. Baku TV-nin ərazidə olan əməkdaşının verdiyi məlumata görə, asfalt ört...