Sığorta şirkəti vətəndaşı necə aldadır? - İddia var - VİDEO
09
apr
2019
23:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə vətəndaş sığorta şirkətinin onları aldatdığını iddia edir.BAKU.WS Xəzər Tv-yə istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini Mehdi Abbasov idarə etdiyi yük maşınını sığorta etdirmək üçün "Günay" sığorta şirkətinə müraciət edib. Şirkətin Anar Aslanov adlı işçisi maşına görə sığorta ödənişini alıb. Şikayətçinin sözlərinə görə, o, bu dələduzluqdan maşınına yazılan cərimələrdən sonra xəbər tutub. Aydın olub ki, həmin Anar adlı şəxs pulu aldıqdan sonra ona bildiriş versə də, məlumatı sistemə daxil etməyib.Zərərçəkmiş ona dəymiş ziyanın geri qaytarılmasını tələb edir."Günay" sığorta şirkətinin Sumqayıt filialının rəhbəri Asif Abbasov baş verənlərə münasibət bildirib. Məlum olub ki, Mehdi Abbasov ilə yanaşı 10-dan vətəndaş da bu dələduzun toruna düşüb..Məsələ ilə bağlı Günay sığorta şirkətindən "XəzərXəbər"ə bildirilib ki, baş verənlər həqiqətə uyğun deyil..Asif Abbasov və adı hallanan digər şəxslər Günay sığortanın əməkdaşı deyil.Həmin şəxs sığorta agentidir.Digər zərərçəkənlər isə Günay sığortada heç bir əməliyyat həyata keçirməyiblər.Sumqayıt şəhər Polis İdarəsində hadisənin təfərrüatları araşdırılır.BAKU.WS
Oxşar xəbərlər
Ticarət mərkəzlərindəki dükanlar necə sığortalanır? - VİDEO
Ötən gün Bakıda ticarət mərkəzində baş vermiş yanğın zamanı orda olan əmlakın demək olar ki, hamısı yanaraq külə döndü. Əksər sahibkarlara isə yüzminlərlə manat...