"Sonuncu dəfə ilyarım qabaq almışam" - Xəzərdə balıqlar niyə qeybə çəkilib?

Sonuncu dəfə ilyarım qabaq almışam - Xəzərdə balıqlar niyə qeybə çəkilib?
Video
Sosial 48

Son illərdə bazarlarda daha çox xaricdən gətirilən balıqlara rast gəlinir.

Maraqlıdır, Xəzərin balıqlarının, xüsusilə də kütümün qeybə çəkilməsinə səbəb nədir?

Baku TV-nin əməkdaşı suala cavab tapmaq üçün paytaxtdakı bazarlardan birində olub.

Satıcıların sözlərinə görə, kütüm balığının bazarlarda olmamasının səbəbi hava şəraiti ilə əlaqədardır.

"Kütüm balığı soyuq havada olur. Balacalarını gətirsələr də, satılmadığı üçün onları götürmürük", - deyə satıcı açıqlamasında bildirib.

Alıcılar da son vaxtlar bazarlarda kütümə az rast gəlindiyini təsdiqləyiblər: "Sonuncu dəfə il yarım qabaq kütüm almışam".

Ətraflı videoda:

Son xəbərlər