SON DƏQİQƏ! Operativ Qərargah vaksin olunanlarla bağlı məlumat yaydı

SON DƏQİQƏ! Operativ Qərargah vaksin olunanlarla bağlı məlumat yaydı
Sosial 521

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 77 vaksin vurulub.

BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 7 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 11 346 243, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 392, ikinci mərhələ üzrə 4 676 580 nəfər təşkil edir.

Ümumilikdə isə 1 500 271 “buster” doza vurulub.

Son xəbərlər