SON DƏQİQƏ! Azərbaycanda koronavirus sayında yeni antirekord
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3169 yeni yoluxma faktı qeydə alınıb, 1404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 87 163 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 60 869 nəfər müalicə olunaraq sağalıb, 1 079 nəfər vəfat edib, aktiv xəstə sayı 25 215 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 618, ötən müddət ərzində isə ümumilikdə 1 576 060 test aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda daha 1 175 yoluxma faktı qeydə alındı - RƏSMİ
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 175 yeni yoluxma faktı qeydə alınıb, 614 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazi...