Son altı ayda Azərbaycanda 73 uşaq övladlığa verilib
29
iyn
2026
17:02
Azərbaycanda bu ilin birinci yarısında (yanvar-iyun) 73 uşaq övladlığa verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən bildirilib.
Bundan başqa, həmin müddətdə 7 uşaq himayədar ailəyə verilib.
Qeyd edək ki, övladlığagötürmə sahəsində idarəetmə Nazirliyə həvalə olunduğu tarixdən (1 noyabr, 2019-cu il) bu günədək 891 uşaq övladlığa verilib.
2023-cü ilin noyabrından tətbiq edilən "Himayədar ailə" qayğı modeli çərçivəsində isə 82 uşaq himayədar ailələrdə yerləşdirilib.
Oxşar xəbərlər
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb
Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə BAKU.WS-ə Ailə, Qad...