Son 2 ildə 800 orqan köçürülməsi əməliyyatı olub - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda son 2 ildə 800 orqan köçürülməsi əməliyyatı həyata keçirilib.
BAKU.WS-in Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə göndərdiyi sorğuya cavab olaraq bildirilib ki, 2023-cü ildən bu günə qədər ölkədə təxminən 800 orqan transplantasiyası əməliyyatı icra olunub.
Məlumata görə, Mərkəz fəaliyyətə başlamazdan əvvəl, yəni 2023-cü ilə qədər ümumilikdə 1600 orqan köçürülməsi əməliyyatı həyata keçirilib. Beləliklə, ümumi transplantasiya əməliyyatlarının sayı 2400-ə yaxınlaşıb.
Qurumdan bildirilib ki, bu göstəricilər ölkədə transplantasiya sahəsində genişlənən imkanların və inkişaf edən səhiyyə infrastrukturunun nəticəsidir.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...