Söküntü zamanı yaranan problemlərin səbəbkarı kimlərdir?
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda hansısa ərazi plana düşəndə, sakinlər və söküntünü həyata keçirən şirkətlər arasında müəyyən anlaşılmazlıqlar meydana çıxır. Adətən evlərin ölçülərinin təyin olunması və təyin edilən ölçünün qiymətləndirilməsi zamanı vətəndaşlar nəticədən narazı qalırlar.
Mübahisəlar yaranır və münaqişənin həlli çətinləşir. Bəs belə mübahisələrin həlli nədədir? Söküntülər zamanı şirkətlər və mülkiyyətçilər arasındakı konfliktin səbəbkarı kimdir?
Baku TV paytaxt sakinləri arasında mövzu ilə bağlı sorğu keçirib. Vətəndaşlar bu məsələdə problemlərin yaranmasına əsasən tikinti şirkətlərinin səbəb olduğunu bildiriblər.
Sakinlər "Tikinti şirkətləri az məbləğ təklif etdiyi üçün mülkiyyətçi razılaşmır", "Tikinti şirkətləri başlı-başına buraxılıblar. Onlar da özbaşınalıq edirlər", "Bu məsələdə tikinti şirkəti güzəştə getməlidir. Söküntünü mülkiyyətçinin razılığı ilə həyata keçirməlidir" kimi fikirlər səsləndiriblər.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...