SOCAR: "İnternetlə qazanc əldə etmək imkanları təklif etmirik"
İnternet dələduzları növbəti dəfə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və başqa şirkətlərin adından insanlara hədiyyə udmaq, qazanc əldə etmək imkanları barədə məlumatlar göndərməyə başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə SOCAR-ın açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir k, adətən bu cür internet dələduzluğunun məqsədi insanların şəxsi məlumatlarını əldə etmək olur.
"SOCAR qətiyyətlə bəyan edir ki, internetlə sorğu və yaxud müsabiqələr keçirməklə hədiyyə udmaq, qazanc əldə etmək imkanları təklif etmir. Şirkətin elanları yalnız socar.az saytında dərc olunur. Hər kəsə dələduzların toruna düşməmək üçün ehtiyatlı olmağı tövsiyə edirik”, - deyə şirkət bəyan edib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...