SOCAR-ın "yaşıl istiqraz"larının üçüncü faiz ödənişi edilib
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "yaşıl" təyinatlı istiqrazları üzrə üçüncü faiz ödənişi edilib (Emissiya Prospektinə əsasən, qeyri–iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü həyata keçirilir).
BAKU.WS "SOCAR Capital" şirkətinə istinadən xəbər verir ki, 3-cü faiz ödənişi nəticəsində 3 milyon ABŞ dolları məbləğində vəsait artıq istiqraz sahiblərinin hesablarına köçürülüb.
Bu ilin 15 yanvar tarixində ölkəmizin "yaşıl enerji" sahəsində atdığı geniş və məqsədyönlü addımlara töhfə vermək məqsədilə SOCAR tərəfindən emissiya edilmiş "yaşıl" təyinatlı istiqrazlar investorların böyük marağına səbəb olub.
Cari ilin 7 mart tarixindən etibarən təkrar bazar əməliyyatlarına start verilən və daxili kapital bazarlarında növbəti dəfə böyük canlanmaya səbəb olan SOCAR-ın "yaşıl istiqraz"ları ilə Bakı Fond Birjasında (BFB) bu günədək 16,670 milyon ABŞ dolları məbləğində 423 ədəd əqd bağlanıb.
SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında təqribən 82,4 milyon ABŞ dolları məbləğində ticarət aparılıb. Bağlanan əqdlərin sayı 1566-dır (BFB-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 36,5%-ini təşkil edib).
Qeyd edək ki, "SOCAR İstiqraz"larının ilk buraxılışından (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 52 milyon ABŞ dolları məbləğində faiz ödənişi edilib.
"ABB İnvest" investisiya şirkətinin marketmeykeri olduğu SOCAR-ın "yaşıl" təyinatlı istiqrazları illik 6% gəlirliliklə 5 illik müddətə buraxılıb. İstiqrazlar bütün vergilərdən azaddır, kupon ödənişləri hər 3 aydan bir ödənilir və müddətin sonuna qədər sahiblərinə ümumilikdə 60 milyon ABŞ dolları gəlir qazandıracaq.
Xatırladaq ki, "SOCAR İstiqraz"ları ilə bağlı rəsmi məlumatları yalnız *1999 çağrı nömrəsi, socarcapital.az, socaristiqraz.az veb-saytları, 1 və 5 saylı "ASAN xidmət" mərkəzləri və ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür.
Oxşar xəbərlər
İcra başçısı iki nəfəri işdən çıxardı - Yeni təyinat
Göygöl Rayon İcra Hakimiyyətinin iki əməkdaşı vəzifəsindən azad edilib, daha bir nəfər isə işə götürülüb. BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu...