SOCAR-ın vəzifədən azad olunan rəhbər şəxsləri ilə GÖRÜŞ

SOCAR-ın vəzifədən azad olunan rəhbər şəxsləri ilə GÖRÜŞ
Sosial 7936

SOCAR-ın baş ofisində Azərbaycan prezidentinin müvafiq sərəncamları ilə vəzifələrindən azad edilmiş şirkətin vitse-prezidentləri ilə görüş keçirilib.

SOCAR-dan BAKU.WS-ə verilən məlumata görə, şirkət prezidenti Rövnəq Abdullayev görüşdə çıxış edərək qeyd edib ki, birgə keçirilən çətin və şərəfli yol Azərbaycanın iqtisadi inkişafı və yüksəlişi dövrünə təsadüf edib.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və SOCAR rəhbərliyinin digər nümayəndələri, o cümlədən şirkətdən ayrılan əməkdaşlar da çıxış edib, onlara göstərilən yüksək etimada görə ölkə başçısına minnətdarlıqlarını bildirib, bundan sonra da Azərbaycan neft-qaz sənayesinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini, şirkətin effektiv idarəçiliyində gənc nəslə məsləhət və tövsiyələri ilə dəstək olacaqlarını, dövlətimizin və dövlətçiliyin güclənməsi istiqamətində var güclərini sərf edəcəklərini qeyd ediblər.

Sonda B. Hüseynova, D. Məmmədova, M. İsmayılova və T. Qəhrəmanova “Fəxri neftçi” döş nişanı verilmiş və xatirə şəkli çəkdirilib.

Son xəbərlər