SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Vətən müharibəsində qazanılan şanlı Zəfərin beşinci ildönümü münasibətilə SOCAR-ın təşkilatçılığı, "Neftçi" və Türkiyənin "Galatasaray" Futbol klublarının tərəfdaşlığı ilə SOCAR-ın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid və qazi olan əməkdaşlarının övladları üçün "Futbol günü" adlı tədbir keçirilib.
BAKU.WS xəbər verir ki, şəhid və qazı övladları əvvəlcə "Palms Sports" Futbol Mərkəzində olublar. Burada uşaqlara "Neftçi" klubu haqqında ətraflı məlumat verilib və klubun tarixi ilə bağlı videosüjet nümayiş etdirilib.
Uşaqlar "Neftçi" klubunun A komandasının baş məşqçisi Samir Abbasov və futbolçular ilə görüşüb, onlarla xatirə şəkilləri çəkdiriblər. Uşaqlar istirahət otağında futbolçularla birlikdə müxtəlif əyləncəli oyunlar oynayıblar.
A və B komandalarımız arasında keçirilən yoxlama oyununu izləyən uşaqlara "Neftçi" Peşəkar Futbol Klubunun adından xatirə hədiyyələri təqdim olunub.
Günün ikinci yarısında isə şəhid və qazı övladları SOCAR-ın Baş ofisində təşkil olunan tədbirdə iştirak ediblər.
Şəhid və qazı övladlarını salamlayan SOCAR-ın Sosial məsuliyyət Departamentinin rəisi Əsəd Məmmədov Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəhid və qazi övladlarına göstərilən diqqət və qayğıdan, bu siyasətə uyğun olaraq SOCAR tərəfindən görülən işlərdən bəhs edib.
Sonra uşaqlar "Galatasaray" klubunun futbolçularının şəhid və qazı övladlarına müraciətləri əsasında hazırlanmış xüsusi videoçarxı izləyiblər. Onlara "Galatasaray" Futbol klubunun formaları hədiyyə olunub.
Qalereya
Oxşar xəbərlər
Bakıda hələ də sakinlər suyu maşınlardan pulla alırlar – ŞİKAYƏT
İki aydır su gəlmir. Bu səbəbdən də sakinlər maşınlardan su almalı olurlar. BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Binəqədi rayonu Çiçək qəsəb...
