SOCAR-ın 4 vitse-prezidenti vəzifəsindən azad edildi - SƏRƏNCAM

SOCAR-ın 4 vitse-prezidenti vəzifəsindən azad edildi - SƏRƏNCAM
Sosial 713

Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Azərbaycan prezidentinin digər sərəncamı ilə Tofiq Ridvan oğlu Qəhrəmanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Azərbaycan prezidentinin növbəti sərəncamı ilə David Niyazi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər