Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər?
Yeniliklərdən dərhal xəbərdar olun
Skuter sürənlər də bəzi hallarda cərimələnəcəklər.
BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, piyadalar üçün gözlənilməz risk mənbəyinə çevrilən skuterlər yol hərəkətində yeni qaydalar və məsuliyyət məsələsini gündəmə gətirib.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli "Xəzər Xəbər"ə bildirib ki, son dövrlərdə kiçik elektrik nəqliyyat vasitələrindən, xüsusilə skuterlərdən istifadə edən sürücülərin sayında artım müşahidə olunur. Belə nəqliyyat vasitələri səssiz və sürətli hərəkətinə görə piyadalar üçün daha çox risk hesab edilir.
Nəqliyat eksperti Yasin Mustafayevin sözlərinə görə, sözügedən nəqliyyat vasitəsinə son illərdə marağın artması sevindirici haldır. Lakin qayda pozuntularının da artması özü ilə birlikdə qəza riskini də yüksəldə bilər.
Qeyd edək ki, mövcud qanunvericiliyin tələblərinə əsasən kiçik elektik nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla, eyni zamanda, velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etməsi qadağandır. Belə hal aşkarlandığı təqdirdə sürücü barəsində İXM-nin 338-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...