Siyavuş Aslanın oğlu bu gün dəfn ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün dəfn ediləcək.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Çingiz Aslanovun meyiti Təzəpir məscidinə aparılıb.
Onun bu gün dəfn olunacağı açıqlanıb.
Qeyd edək ki, Çingiz Aslanovun aprelin 29-də vəfat etdiyi, meyitinin 7 gündən artıq morqda qaldığı açıqlanıb.
Çingiz Aslanov aprelin 27-də Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023 tarixdə bioloji ölüm baş verib. Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub.
Mərhumun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib.
Oxşar xəbərlər
Hacı Nuran Siyavuş Aslanın oğlu haqqında: "Bir müddət əvvəl görüşdük... " - FOTO
Aparıcı Hacı Nuran Hüseynov mərhum Siyavuş Aslanın vəfat edən oğlu Çingiz Aslanovdan yazıb. BAKU.WS xəbər verir ki, o, sosial şəbəkə hesabında Çingizlə fotolar...