Siqareti tərgitdikdən sonra ağciyərlərin bərpa müddəti açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Siqaretdən imtina etdikdən cəmi iki həftə sonra ağciyərlərdə bərpa prosesi başlayır.
BAKU.WS xəbər verir ki, bu barədə həkim Makarova məlumat verib.
Mütəxəssisin sözlərinə görə, siqaretin tərgidilməsi orqanizmdə qısa müddətdə müsbət dəyişikliklər yaradır. Xüsusilə ağciyərlərin fəaliyyəti yaxşılaşmağa başlayır və toxumaların regenerasiya prosesi aktivləşir.
Həkim qeyd edib ki, uzun illər siqaret çəkən insanlarda bərpa daha ləng getsə də, zərərli vərdişdən imtina etmək hər yaşda sağlamlıq üçün faydalıdır.
Onun sözlərinə görə, siqaretin tərgidilməsi ürək-damar xəstəlikləri, xərçəng və tənəffüs problemləri riskini də əhəmiyyətli dərəcədə azaldır.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...