Şiddətli töhmət alan icra başçısı kimdir?
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadəyə işində ciddi nöqsanlara görə şiddətli töhmət elan edilməsi barədə sərəncam imzalayıb.
Bəs Orxan Hüseynzadə kimdir?
BAKU.WS xəbər verir ki, Orxan Rüfət oğlu Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Hazırda 2023-cü ildən York (İngiltərə) və Strasburq (Fransa) universitetlərində EMBA proqramı üzrə təhsilini davam etdirir.
Orxan Hüseynzadə 2006-2012-ci illərdə Səhiyyə Nazirliyində, 2012-2018-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 2018-ci ildən 1 noyabr 2024-cü ilədək Dövlət Əmək Müfəttişliyi Xidməti yanında rəis müavini vəzifəsində fəaliyyət göstərib.
Azərbaycan Prezidentinin 1 noyabr 2024-cü il tarixli sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 23 iyun 2020-ci il tarixində "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...