İşsizləri sevindirəcək XƏBƏR: Nazirlikdə iş var
07
okt
2019
19:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq vergi orqanlarında könüllü fəaliyyətə cəlb edilmə ilə bağlı növbəti mərhələ elan olunur.Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, vergi qanunvericiliyi və vergi orqanlarının fəaliyyəti üzrə minimal biliklərə sahib olan, komandada işləməyi bacaran, məsuliyyətli, intizamlı tələbə və məzunlar Bakı şəhəri və respublikamızın regionlarında fəaliyyət göstərənvergiödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi faəliyyət göstərmək üçün bu ilin oktyabrın 16-dək nazirliyin rəsmi internet saytı vasitəsilə onlayn müraciət edə bilərlər.Müraciətlərin araşdırılması və könüllülərin seçilməsi Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş ehtiyaclara və müraciət edənlərin faktiki yaşadıqları (və ya təhsil aldıqları) ünvana uyğun aparılacaq.
Oxşar xəbərlər
Mikayıl Cabbarov iş adamlarına səsləndi: "Pozuntularla bağlı sərtləşmə olacaq"
"Hesab edirəm ki, Azərbaycanda aparılan bir sıra islahatların nəticələri müsbətdir. Bu xüsusən də vergi yoxlamaların və vergi yükünü azaldılmasında özünü göstər...