Vergilər Nazirliyi sahibkarlara vergini könüllü 4%-dən 8%-ə qaldırmağı tövsiyyə edir

Vergilər Nazirliyi sahibkarlara vergini könüllü 4%-dən 8%-ə qaldırmağı tövsiyyə edir
İqtisadiyyat 4071

 

Vergilər Nazirliyi sadələşdiriliş vergi ödəyicilərinə müraciət ünvanlayıb. 

BAKU.WS-in məlumatına görə, vergi ödəyicilərinə Vergi Məcəlləsinin 218,1.2-ci maddəsinin tələblərinə uyğun qeydiyyat haqqında könüllü ərizə verilməsi barədə bildiriş göndərilib. 

Həmin bildirişdə qeyd edilir: "ƏDV qeydiyyatına durmaq öhdəliyinizin bu olmadığı halda ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğulsunuzsa müvafiq olaraq 6 və 8 % dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçmək öhdəliyinizin yarandığı ehtimal olunur". 

Sadə dillə desək, Vergilər Nazirliyi vergi ödəyicilərindən könüllü olaraq sadələşdirilmiş vergini 4% deyil, 6-8% həcmində ödənilməsinə razılıq verməsini tövsiyyə edib. 

Sözügedən bildirişi oxucularımıza təqdim edirik:  BAKU.WS

Son xəbərlər