Səhiyyə Nazirliyindən virusla bağlı rəsmi açıqlama
30
yan
2019
08:31
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma ilə bağlı mövcud olan vəziyyəti dəyərləndirib.RGEM-in direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, Azərbaycanda suçiçəyi xəstəliyə yoluxma hallarında artım müşahidə edilmir. Hazırda bu xəstəliyə yoluxma tək-tək hallarda qeydə alınır.A.Əliyevanın sözlərinə görə, suçiçəyinə yoluxma halları qeydə alındığı hallarda RGEM yerli şöbələri tərəfindən yerlərdə epidemik tədbirlərin aparılması təmin edilir.Dünyada suçiçəyi xəstəliyi ilə mübarizədə peyvəndin tətbiq edildiyini deyən A.Əliyeva əlavə edib ki, Azərbaycanda suçiçəyi idarəolunmayan xəstəliklər qrupuna daxil olunur və ona qarşı peyvənd tətbiq edilmir.BAKU.WS
Oxşar xəbərlər
Ölkəyə xəstəliklə bağlı vaksinlər gətirilir - hər kəs peyvənd ediləcək
Azərbaycanda qızılcaya yoluxma halları ötən ilin dekabrın ortalarından qeydə alınmağa başlayıb.Bunu Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemio...