İşığı kəsilən abonentlərin NƏZƏRİNƏ!
Yeniliklərdən dərhal xəbərdar olun
Havaların kəskin dəyişməsi, qar və çovğun səbəbilə “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Bakı şəhəri və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub.
Bu barədə BAKU.WS-ə “Azərişıq” ASC-nin Mətbuat Xidmətindən məlumat daxil olub.
Məlumatda həmçinin bildirilir ki, ötən gün axşam saatlarından başlayaraq gecə-səhərədək və hazırda da əməkdaşlarımız fasiləsiz olaraq ərazidə xidmətlərini davam etdirir:
"Bəzi ərazilərdə buzlaşma və yüklənmə səbəbindən baş vermiş qısamüddətli açılmalar qəza xidmətinin əməkdaşları tərəfindən aradan qaldırılır. Bir neçə ünvanda isə işlər davam edir və ən qısa vaxtda elektrik enerjisi təchizatı bərpa olunacaq.
Onu da qeyd edək ki, öncədən ərazilərə əlavə mal-material göndərilib və maşın-mexanizmlərin cəlb ediliməsi ilə bağlı tapşırıq verilmişdir.Qurum istehlakçılara müraciət edərək bildirir ki, elektrik enerji təchizatı ilə əlaqədar qarşılaşdıqları çətinliklərlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar".
Oxşar xəbərlər
Respublika yollarındakı vəziyyətlə bağlı AÇIQLAMA
Bu gün Azərbaycan yollarında vəziyyətlə bağlı rəsmi açıqlama verilib. Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar...