Şəxsiyyət vəsiqələrinin verilməsində yaranan problemlə bağlı DİN-dən açıqlama - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, hazırda Azərbaycanda şəxsiyyət vəsiqələrinin yenilənməsi ilə bağlı problemlər yaşanır. Məsələnin kütləvi hal daşıyıb daşımaması ilə bağlı DİN-ə müraciət etdik.
Daxili İşlər Nazirliyinin şöbə rəisi, polkovnik-leytenant Elşad Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri ödənilmiş dövlət rüsumu əsasında müəyyən olunan vaxt çərçivəsində verilir:
"Bu vətəndaşın vəsatəti əsasındadır. Əgər vətəndaşlıq vəziyyəti ilə bağlı əlavə xüsusi hal yoxdursa, vətəndaş şəxsiyyət vəsiqəsi ilə vaxtında təmin edilir. Gecikmə varsa bununla bağlı vətəndaşa fərdi olaraq izah verilir, əlavə vaxt təyin edilir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...