Azərbaycanda şəxsiyyət vəsiqələrinin verilməsində problem yaranıb?

Azərbaycanda şəxsiyyət vəsiqələrinin verilməsində problem yaranıb?
Sosial 325

Hazırda Azərbaycanda şəxsiyyət vəsiqələrinin yenilənməsi ilə bağlı problemlər yaşanır.

Bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Vətəndaş iddia edir ki, heç bir rəsmi qurum onun şəxsiyyət vəsiqəsini yeniləmir. Buna səbəb kimi ikili vətəndaşlığının olması göstərilir:

"ASAN xidmət" vəsiqəmi yeniləmir. Bildirilir ki, şəxsin rus vətandaşlığı varsa (vaxtın keçməsindən asılı olmayaraq), onun vəsiqəsi yenilənmir. Şəxsiyyət vəsiqəmin müddəti mən hərbi xidmətdə olanda bitib. 2 ay sonra toyum olacaq, vəsiqəmi yeniləyə bilmirəm ki, nikaha daxil olum. Bu barədə şikayətimə DİN-dən bildirilir ki, zəruri yoxlamalar gedir və məsələyə baxılacaq".

Məsələ ilə bağlı DİN-lə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, problem aidiyyəti üzrə yönəldilib. Əlavə məlumat veriləcək.

Son xəbərlər