Şəhidlərin xatirəsinə daha bir bulaq Masazırda istifadəyə verildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunun Masazır kəndində Vətən Müharibəsində şəhid olan Dövlətov Zaur Zahir oğlunun və şəhid Hüseynov Elxan Maarif oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksi inşa olunub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün şəhid ailələrinin, kənd camaatının və RİH başçısı İradə Gülməmmədovanın iştirakı ilə bulaq kompleksi istifadəyə verilib.
Sonra şəhid ailələri ilə görüşən İ.Gülməmmədova onların qayğıları və problemləri ilə maraqlanıb. Azərbaycan igidlərinin öz müqəddəs borclarını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəldiyini vurğulayan başçı qeyd edib ki, məhz onların və ümumilikdə Azərbaycan ordusunun, hərbçilərimizin döyüş əzmi və Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində vətənimiz öz bütövlüyünə qovuşub.
Şəhid ailələri də Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirərək onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə ediblər.
Sonra məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.
Sonda şəhidlərimizin ruhuna dualar oxunub.
Qalereya
Oxşar xəbərlər
Şəhid generalımızın adı əbədiləşdirilsin - Adına küçə
Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusunun 12 hərbi quluqçusu şəhid olub. Şəhidlər arasında general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəy...