Şəhidin anası gəlini ilə ölümündən 2 dəqiqə əvvəl danışıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün avtomobil qəzası zamanı həyatını itirmiş Günel Ələsgərovanın qayınanası Həqiqət Hüseynova danışıb.
BAKU.WS xəbər verir ki, şəhid Rəhim Hüseynovun anası ATV-də yayımlanan "Bizimləsən" verilişində ölümündən iki dəqiqə əvvəl gəlini ilə danışdığını deyib:
"Biz Şəhidlər Xiyabanına ziyarətə getmişdik. Mən Rüfəti (nəvəsi) götürüb özümlə qayıtdım. Kiçik və böyük oğulları isə Günellə qalmışdı. Hər gün biz Günellə əlaqə saxlayırdıq.
Günelə zəng vuranda mənə dedi ki, çayı qızdır gəlirəm. İki dəqiqə sonra mənə yenidən onun telefonundan zəng gəldi. Danışan başqa bir kişi idi. Mənə bildirdi ki, uşağı götürüb gedəcək. Güneli soruşdum ki, bəs o hanı? Dedi ki, xəbəri yoxdur, hadisə yerindən keçərkən uşağı görüb və dayanıb. Təcili tibbi yardım maşınları var və kimi hara apardıqlarını bilmir".
Oxşar xəbərlər
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz - RƏSMİ
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılma...