Şəhidimiz evi önündə insan izdihamı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində bu gün şəhid olan Nəzərov Ayaz Azər oğlunun Tovuz rayon Bozalqanlı kəndindəki evinin qarşısında insan izdihamı yaşanır.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, kənd sakinləri, rayon camaatı, rəsmilər şəhidimizin evi önünə toplaşıb və şəhidimizin cənazəsinin gəlməsini gözləyirlər. Şəhidimiz Ayaz Nəzərovun sabah Tovuz rayonunda dəfn olunacağı gözlənilir.
Məlumat üçün bildirək ki, 24 yaşlı Ayaz Nəzərov ailənin 2-ci oğludur və subay olub. Onun özündən böyük bir qardaşı var. A.Nəzərov Silahlı Qüvvələrin tərkibində müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçusu olub.
Allah rəhmət eləsin!
Qalereya
Oxşar xəbərlər
Bu gün doğum günü olan şəhidlər - FOTO
Vətən müharibəsində canlarından keçərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edən qəhrəman şəhidlərimizdən 14 nəfərin bu gün doğum günüdür. BAKU.WS Vətən mühari...