Şəhid Hüseynlə vida mərasimi keçirilir

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Hüseyn Xəlilovun nəşi xəstəxanadan götürülərək Sabunçu rayonunun Nardaran qəsəbəsindəki evinə aparılıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hazırda şəhidlə vida mərasimi keçirilir.
Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak edirlər.
Mərasim başa çatandan sonra H.Xəlilov Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, H.Xəlilov Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində doğulub. Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Altı ay komada qalandan sonra aprelin 25-də şəhidlik zirvəsinə ucalıb.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...
