Şəhid hərbi qulluqçumuzun övladı dünyaya gəlib - FOTO
01
fev
2024
15:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağda aparılan antiterror tədbirləri zamanı şəhid olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı Xəzər Zamanovun övladı dünyaya gəlib.
Bu barədə "YAŞAT" Fondu məlumat yayıb.
Bildirilib ki, Bakıda doğulan körpəyə Humay adı verilib.
Humayın zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.
Qeyd edək ki, X.Zamanov 2023-cü il sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupunun Xocavənddə yerləşdirdiyi minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olub.
Oxşar xəbərlər
Xarici İşlər Nazirliyində brifinq keçirilib - YENİLƏNİB + VİDEO
Sentyabrın 20-də Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Az...