Şəhid ailələri və qazilərə ŞAD XƏBƏR! - 500 ev..
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın 2 ayda daha 500 şəhid ailəsi və müharibə qazisi mənzil və fərdi evlə təmin olunacaq.
BAKU.WS "APA"ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov deyib.
O bildirib ki, bu il ümumilikdə 1500 şəhid ailəsi və qazinin mənzil və fərdi evlərlə təminatı nəzərdə tutulub:
"Həmin şəxslərdən artıq 600 nəfərə artıq ev və mənzillər təqdim olunub. Həmçinin bu il 160 nəfər müharibə əlilinin avtomobillə təminatı nəzərə tutulub. Artıq 100 nəfərə avtomobillər təqdim olunub. Yaxın vaxtlarda 60 nəfərə də avtomobillər veriləcək".
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Mehriban Əliyeva Bakıda yeni yaşayış kompleksinin açılışında - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üç...