Şəhər sakinlərindən “Şuşa” adının dəyişdirilməsinə münasibət: “Onların yerinə utandım” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkəmizi Rusiyada keçirən beynəlxalq festivalda təmsil edən "Şuşa" ŞHK komandasının adını dəyişərək "Buta" qoyması bir neçə gündür sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Komandanın rəhbəri Müşfiq Abbasov bunun ikinci tura keçmək üçün qarşılarına şərt kimi qoyulduğunu açıqlayıb.
Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirərək onların mövzuya münasibətini öyrənib.
Şəhər sakinlərinin əksəriyyəti təmsilçilərimizin qərarından narazılıqlarını ifadə ediblər.
Kimsə "onların yerinə utandım", kimsə də "ad dəyişmək yerinə geri qayıdardılar" kimi fikirlər işlədib.
Daha ətraflı Baku TV-nin süjetində.
Oxşar xəbərlər
Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU
Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki,...