Ermənilərlə yarışacaq komandamızın 5400 AZN-ə ehtiyacı var

Ermənilərlə yarışacaq komandamızın 5400 AZN-ə ehtiyacı var
Sosial 3676

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «АзHефть» Şən və Hazırcavablar Klubu Rusiya Federasiyasının mərkəzi “Юго-Западная”(Cənub-Qərb) liqasında çətinliklə üzləşib.

BAKU.WS xəbər verir ki, 15 şəhər və 5 ölkə (Rusiya, Belarusiya, Ukrayna, Ermənistan və Azərbaycan) ŞHK komandaları arasında keçirilən yarışmada komandamız ½ (yarımfinal) mərhələsinə vəsiqə qazansa da, liqada iştirak etmək üçün maddi imkanı yoxdur.

Məsələ ilə bağlı «АзHефть» (AzNeft) komandasının bədii rəhbəri Böyükağa Əliyev BAKU.WS-ə danışıb.

Onun sözlərinə görə, yarımfinal mərhələsi 26.10.2018-ci il tarixində Rusiya Federasiyasının Kursk şəhərində keçiriləcək.

Komandanın həmin şəhərə gedib Azərbaycanı təmsil etməsi üçün 5400 AZN-ə ehtiyacı var. Belə ki, oyunun yarımfinal mərhələsinə qatılmaq üçün ödəmə etmək lazımdır. Həmçinin, komandanın Kurska gediş-gəlişi və orada qalmasına da vəsait tələb olunur.

B. Əliyev onu da əlavə edib ki, yarımfinalda komandamızın rəqiblərindən biri Ermənistan Respublikasının «Наталия Мегробян» ("Natalya Meqrobyan") ŞHK-udur. Komandamızın gələcək fəaliyyəti və Azəbaycan Respublikasının Bayrağını yüksəklərə qaldırmaq üçün «АзHефть»-in oradakı iştirakı mütləq şərtdir.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «Азнефть» ŞHK komandası Azərbaycan Regional ŞHK liqasının 2016-cı il və 2017-ci ilin ikiqat çempion tituluna layiq görülmüş və 5 oyun ərzində 7 kubok qazanan komanda kimi adını ŞHK tarixinə qızıl hərflərlə yazan yeganə komandadır.

Komandamız Rusiya Federasiyasının Soçi şəhərində keçirilmiş “KİVİN-2018” XXIX-cu Beynəlxalq ŞHK festivalında 165 müxtəlif şəhərlərdən 654 komanda arasında uğurla çıxış etmiş və alqışlarla qarşılanmışdır.

Məhşur sosial şəbəkə olan Vkontakte səhifəsində komandamız səs vermə nəticəsində 40.9% səslə 1-ci yer və AMİK.ru ŞHK-nun rəsmi sponsoru dünyaca çox məhşur Universitet Synergy University-nin keçirdiyi BackStage video rolik musabiqəsində 3-cü yerə layiq görülmüşdür.

Qeyd edək ki, artıq “Bakılı oğlanlar” KVN komandasının məşhur üzvü, aktyor Bəhram Bağırzadə də komanda üzvlərinə dəstək olaraq, onları "BAXıRAM"a çəkib.

Komanda üzvləri maliyyə probleminin tezliklə həll olunacağına inanırlar.

Əlaqə üçün: +994 50 359 44 54 (Böyükağa Əliyev)

Hüseyn MəmmədsalahovBAKU.WS

Oxşar xəbərlər

3 güləşçimiz Avropa çempionatında erməni rəqiblərinə aman vermədi

3 güləşçimiz Avropa çempionatında erməni rəqiblərinə aman vermədi

Dağıstanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, beşin...

971 İdman 17:27 04 may 2018

Son xəbərlər