İşdən çıxarılan İCRA BAŞÇISI: “Hazırda gözəl yerlərdən birində dincəlirəm”
Yeniliklərdən dərhal xəbərdar olun
Masallının bu gün vəzifəsindən azad edilən icra başçısı Şahin Məmmədov Manset.az-a açıqlama verib.
O bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasətini hər zaman dəstəkləyib və onun sadiq əsgəri olub:
“Bu gün də cənab Prezidentin sadiq əsgəriyəm. Vəzifədə olsam da, olmasam da, bu, belədir. Allah cənab Prezidenti qorusun. Məni 19 il - üç dəfə etimad göstərərək, başqa-başqa rayonların icra başçısı təyin edib. Bu, mənim üçün çox böyük etimaddır. Zəhmətkeş bir ailənin övladı olmuşam. Məmur övladı olmamışam. Buna görə özümü şanslı hiss edirəm.Bundan sonrakı fəaliyyətimə gəlincə, hazırda istirahətdəyəm. Gözəl guşələrimizdən birində dincəlirəm. Bundan sonra nə məsləhət bilinəcəksə, o da olacaq”.
Qeyd edək ki. Şahin Məmmədov Prezident İlham Əliyevin Sərəncamına əsasən bu gün vəzifəsindən azad edilib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...