İşçilərinə bu qədər maaş verməyənlər 1500 manat CƏRİMƏLƏNƏCƏK
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin Sərəncamına əsasən, yanvarın 1-dən minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.
BAKU.WS xəbər verir ki, minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd olunan əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun dəyişiklik edilməsi mütləqdir.
İş yerlərində əmək haqqının minimum məbləği yanvarın 1-dən 300 manatdan az ola bilməz. 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə işçilərin əməkhaqqılarının artırılması ilə bağlı da işəgötürənlər müvafiq tədbirlər görməlidir.
İşçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslərin 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Maaş artımı ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ - Yanvarın 1-dən etibarən...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Prezident İlham Əliyevin 17 dekabr 2021-ci il tarixli sərəncamına əsasən 20...