Şabranda koronavirus xəstələri saxlanılıb - FOTO

Şabranda koronavirus xəstələri saxlanılıb - FOTO
Sosial 144

Şabranda koronavirus xəstələri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Şabran rayon sakinləri İ.Əliyevə və A.Tacıyevə COVİD-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin edilib.

Lakin hər iki şəxs qaydalara əməl etməyərək yaşadıqları evi tərk edib və virusun yayılmasına şərait yaradıblar.

Polis əməkdaşları tərəfindən onların olduqları yerlər müəyyən edilib və dərhal yaşadıqları ünvanlara geri qaytarılıblar.

Faktlarla əlaqədar İ.Əliyev və A.Tacıyev barəsində Şabran RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Şabranda koronavirus xəstələri saxlanılıb - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər