Sərxan Kərəmoğlundan ETİRAZ: "Zaura qarğış etmək lazım deyil" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında aparıcı Zaur Baxşəliyevlə bağlı status yazıb.
Kərəmoğlu bu paylaşımı ilə "Bizimləsən" proqramında müğənni Yaqut Nərimanın qətli və iş adamı Orxan Məmmədlinin intiharını müzakirə etməsini tənqid edənlərə cavab verib:
“Zaura qarğış etmək lazım deyil. Baxın, bir adam əgər fikir bildirməkdə qətiyyətlidirsə, o fikri bildirəcək və onun qarşısını heç nə kəsə bilməz. Son günlərdə yaşanan Yaqut xanımın qətli və Orxan bəyin intiharı ilə bağlı olan xəbərlərdə çox xoşagəlməz anlar yaşandı.
“Bizimləsən” verlişinə bağlanan insanların fikirləri birmənalı qarşılanmadı. O fikri bildirənlər qaldı kənarda Zaura qarğışlar yağdırıldı. Güya siz bilmirsiniz ki, Zaur bilsəydi nə deyiləcək və həmin o insanları efirə bağlamasaydı onlar digər verlişdə o fikirlərini deməyəcəkdilər?
Bunu bilə-bilə axı necə Zauru ittiham edə bilərsiniz və qarğış edə bilərsiniz? Məndən kimsə inciməz deyə yazdım fikirlərimi”.
Oxşar xəbərlər
“EY İlin İş Adamı” müsabiqəsinin mükafatçısı Zaur Darabzadə: “Fürsətlər öz-özünə yaranmır, onları yaradan bizik” - FOTO
“EY Azərbaycan” şirkətinin ölkəmizdə təşkil etdiyi "EY İlin İş Adamı" müsabiqəsinin məqsədi əzm və dayanıqlılıq nümayiş etdirən sahibkarları qiymətləndirməkdir....