"Sərin" şadlıq evində mənşəyi məlum olmayan məhsullar aşkarlanıb
Nizami rayonu, Babək prospekti 76 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Eldar Ağa Zəki oğluna məxsus "Sərin" şadlıq evində AQTA əməkdaşları yoxlama keçirib.
Bu barədə BAKU.WS-ə Agentlikdən məlumat verilib.
Bildirilib ki, baxış zamanı obyektdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, həmçinin mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edildiyi aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
"Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir",- məlumatda qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Turistlərin Azərbaycanda xərclədikləri ümumi vəsait açıqlandı
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana turizm məqsədilə səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin çəkdiyi ümumi xərclər 2 milyard 516...