“Semaşko”nun bağlanması ilə bağlı - RƏSMİ MƏLUMAT - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
"Kliniki Tibbi Mərkəz koronaviruslu xəstələrin müalicəsi ilə bağlı fəaliyyətini davam etdirəcək".
Bunu BAKU.WS-ə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib.
O əlavə edib ki, KTM pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hal-hazırda isə digər şöbələr də bu prosesə cəlb edilib:
"Xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə digər xəstəxanalara köçürüləcək. Yeni müraciət edən xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər".
***14:28
1 saylı Kliniki Tibbi Mərkəz bağlanıb.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəz sabahdan pandemiya xəstəxanası kimi fəaliyyətə başlayacaq.
Mənbədən verilən məlumata görə, artıq bir neçə gündür ki, mərkəzə xəstə qəbulu dayandırılıb:
“Sabahdan etibarən COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv (müsbət) çıxan xəstələr mərkəzə yerləşdiriləcək. Burada onların müalicə prosesi aparılacaq”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...