Kliniki Tibbi Mərkəzdə yeni TƏYİNAT
Yeniliklərdən dərhal xəbərdar olun
Kliniki Tibbi Mərkəzdə yeni kadr təyinatı olub.
BAKU.WS xəbər verir ki, mərkəzdən verilən məlumata görə, Araz İbrahimov tibb qurumunun Urologiya şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, İbrahimov Araz Sabir oğlu 1988-ci il avqustun 16-da Zaqatala şəhərində anadan olub. 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) “Müalicə işi” fakültəsində oxuyub. 2011-2016-cı illərdə rezidentura təhsilini ATU-da davam etdirib. A.İbrahimov 2021-ci ildən başlayaraq isə doktorantura təhsilini almağa başlayıb.
O, həkim-uroloq kimi 2011-2013-cü illərdə Respublika Klinik Xəstəxanasında, 2013-2016-cı illərdə ATU Tədris Cərrahiyə Klinikasında, eləcə də bir sıra özəl klinikalarda fəaliyyətini davam etdirib. İbrahimov eyni zamanda Səhiyyə Nazirliyinin mütəxəssisi olub.
Oxşar xəbərlər
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz - RƏSMİ
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılma...