Şəhid övladları üçün 5-ci "YAŞAT" düşərgəsi başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
"YAŞAT" Fondunun və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı, "TABİA Group"un və "Lankaran Springs Wellness Resort" Hotelin birgə tərəfdaşlığı ilə 5-ci "YAŞAT" düşərgəsinə start verilib.
Bu barədə BAKU.WS-ə "YAŞAT" Fondundan məlumat verilib.
Bildirilib ki, ümumilikdə 400-ə qədər şəhid övladını və 7 həftəni əhatə edəcək layihə çərçivəsində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsinin peşəkarları ilə, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək.
Hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcəkdir.
Düşərgələrdə şəhidləri 10-11, 12-13 yaş kateqoriyasında olan övladlarının iştirakı nəzərdə tutulub.
Açılış mərasimində "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və digər qonaqlar iştirak ediblər. Onlar uşaqlara düşərgə müddətində həyata keçiriləcək təşəbbüslər barədə məlumat verib və uğurlar arzulayıblar.
Qalereya
Oxşar xəbərlər
DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ
Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn Rusiya Federasiyası vətəndaşlarına müraciət edib. Bu barədə BAKU.WS-ə DMX-dən məlumta verilib. Bildirilib ki, Azərbay...