Saray qəsəbəsində gölləri qurudub yerində binalar tikiblər? - Sakinlər yaranan problemlərdən ŞİKAYƏT ETDİLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Saray qəsəbəsi, Bağlar massivi, Soltanbəy küçəsində yaşayan sakinlər son illər ərazidə göllərin qurudulması və yerində binaların tikilməsi nəticəsində yaranan problemlərdən şikayətlənirlər.
Sakinlərdən biri rəsmi qurumlar tərəfindən verilən vədlərin icra olunmadığını bildirib: "Biz üç il bundan əvvəl "Azərsu" və Abşeron Rayon İcra Hakimiyyətinə 200-300 nəfərin imzası ilə məktub göndərmişik. Bizə demişdilər ki, 2025-ci ildə kanalizasiya işimiz həll olunacaq. 2026-cı il oldu, amma hələ bir şey yoxdur".
Digər bir sakin isə yaranan problemin artıq evlərin bünövrəsinə ciddi ziyan vurduğunu bildirir: "Bu dəqiqə hamının evinin zirzəmisi suyun içindədir".
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, Saray qəsəbəsinin yeni yaşayış massivlərində kanalizasiya xətləri olmadığından sakinlər çirkab quyularından - şambolardan istifadə edirlər. Bu isə qəsəbənin relyefinə görə çökək olan ərazilərdə qrunt sularının üzə qalxmasına, yağmurlu günlərdə isə subasmaya səbəb olur. Saray qəsəbəsində problemin həlli məqsədilə kanalizasiya şəbəkəsinin qurulması ilə bağlı aidiyyəti üzrə müraciət olunub.
Oxşar xəbərlər
Azərbaycanla Vyetnam arasında birbaşa uçuşların təşkili təşviq ediləcək
Azərbaycan və Vyetnam birbaşa uçuşların təşkilini təşviq etmək barədə razılığa gəliblər. Məqsəd turizm axınını, ticarət dövriyyəsini və insanlararası əlaqələri...