"Şamaxinka"dan Biləcəriyə qədər xüsusi hərəkət zolağı təşkil edilib
Bakının Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində xüsusi hərəkət zolağı yaradılaraq mövcud zolaqla birləşdirilib.
Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, buna qədər həmin hissədə mütəmadi olaraq sıxlıq müşahidə olunurdu. Müntəzəm marşrut avtobusları metronun "20 Yanvar" stansiyası istiqamətindən "Şamaxinka" adlanan yol sahəsinədək zolaqla fasiləsiz hərəkət etsə də, Şamaxinkadan Biləcəriyə qədər olan hissədə avtobus zolağı mövcud deyildi. Bu səbəbdən ciddi ləngimə yaranırdı və səyahət müddəti artırdı.
O da bildirilir ki, sözügedən yol sahəsindən gündəlik 90 000-dən çox sərnişin daşınacaq. Xüsusi hərəkət zolağı sayəsində yeni istifadəyə verilən 18 metrlik iritutumlu 500 nömrəli avtobusların rahat və fasiləsiz hərəkəti təmin ediləcək.
Qalereya
Oxşar xəbərlər
Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti fevralın 26-sı Xocalı soyqırımı...