Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 16-da Xaçmazın 27 kəndində qaz təchizatında fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, Xaçmaz rayonunda Qusarçay kəndi istiqamətində istismarda olan D-315 mm-lik ortatəzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq dekabrın 16-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
"Qaz təchizatı dayandırılan müddətdə şəhərin bir hissəsi və 27 kəndinin qaz təchizatında fasilə yaranacaq. Müşkür, Müzəffəroba, Müşfiq, Sabiroba, Mürşüdoba, Qadaşoba, Nərəcan, Ağtala, Qımılqışlaq, Mollabürhan, Mirzəmməd, Çinartala, Palçıqoba, Çuxuroba, Şıxlar, Hacısıoba, Maşıoba, Çiləgir, Hacıqurbanoba, Xaspolatoba, Gödəkli, Alekseyevka, Ağaşirinoba, Manafoba, Gəncəli, Krasnı Xutor, Şıxlı kəndləri - ümumilikdə 10 346 abonentin qaz təchizatında fasilə yaranacaq",- məlumatda bildirilib.
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...