Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sosial 152

Sabirabad və Şirvan şəhərinin bir sıra ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, "Azadkənd Əhali" ölçü qovşağında quraşdırılmış diametri 200 mm-lik "RDO-1-16/200" tipli qaz tənzimləyicidə yaranmış nasazlıqla əlaqədar təxirəsalınmaz olaraq qaz tənzimləyicinin yenisi ilə əvəzlənməsi məqsədilə 30.06.2025-ci il saat 11:25-dan etibarən işlər başa çatanadək Sabirabad rayonunun Azadkənd, Poladtoğay, Yaxadəllək, Beşdəli, Qarağac, Dadaşbəyli, Minbaşı, Əliləmbəyli, Çığırğan, Xankeçən, Cəngən, Çiçəkli, Muğangəncəli, Salmanlı kəndləri və Şirvan şəhəri Bayramlı qəsəbəsi H.Cavid və M.Ə.Sabir küçələrində (ümumi 4 541 abonent) Azadkənd" QPS-dən qidalanan "Azadkənd Əhali" ölçü qovşağından qaz təchizatı dayandırıldı.

Son xəbərlər