Sakinlər təşvişdə: "Qoxudan nəfəs almaq mümkün deyil"
Sabunçu rayonu, Zabrat-2 qəsəbəsinin Köhnə Tramvay küçəsində yaşayan sakinlər zibil və kanalizasiya problemindən şikayət edirlər.
Onların sözlərinə görə, ərazidə zibil konteynerlərinin sayı azdır, mövcud qablar isə yararsız vəziyyətdədir. Tullantıların vaxtında daşınmaması nəticəsində ətrafa kəskin qoxu yayılır.
Baku TV-yə danışan sakinlər bəzən ərazini özləri təmizləməyə məcbur qaldıqlarını bildirirlər.
Kanalizasiya sisteminin olmaması vəziyyəti daha da ağırlaşdırır. Çirkab sularının həyətlərə və evlərə dolduğu qeyd olunur.
"Burada kanalizasiya yoxdur. Zibil qabları da yararsızdır. Qoxudan nəfəs almaq mümkün deyil. Dəfələrlə müraciət etmişik, amma nəticə yoxdur", - deyə sakinlərdən biri narazılığını ifadə edib.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, yararsız konteynerlərin dəyişdirilməsi və əraziyə yeni zibil qablarının əlavə olunması nəzərdə tutulur. Tullantıların gündəlik qrafiklə daşındığı və sanitar vəziyyətin nəzarətdə saxlanıldığı qeyd olunub.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi yoxdur. Mövcud xətlər əhali tərəfindən çəkilib və hazırda işlək vəziyyətdədir. Yeni şəbəkənin qurulması üçün layihə sənədlərinin hazırlandığı vurğulanıb.
Oxşar xəbərlər
Yasamalda dəhşətli partlayış olmuş evin son durumu
Bakının Yasamal rayonu, Ümid Əkbərov küçəsində qaz sızması nəticəsində partlayış baş verən ev hələ də təhlükəli vəziyyətdədir. Hadisədən təxminən 20 gün keçməsi...