Sakinlər təngə gəliblər: "Taxılımız yanır, su vermirlər"
17
apr
2026
20:36
Baku TV-nin qaynar xəttinə müraciət edən Zərdabın Burunlu kənd sakinləri bildirirlər ki, yeni əsaslı təmir edilərək istifadəyə verilən Regional Su Meliorasiya Xidmətinin Zərdab Suvarma Sistemləri İdarəsinin Burunlu nasos stansiyasının fəaliyyəti bir neçə aydır ki, dayanıb.
Sakinlərin sözlərinə görə, suvarma sisteminin dayanması əkin sahələrində ciddi problemlərə səbəb olub.
"Məhsullarımızı oktyabr ayında əkib suvarmışıq. O vaxtdan bu yana suvara bilmirik. Taxılımız yanır, su vermirlər", - deyə sakinlərdən biri narazılığını ifadə edib.
Oxşar xəbərlər
Sürücülərə XƏBƏRDARLIQ - Görünüş məsafəsi məhdudlaşacaq
Sabah magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq. BAKU.WS xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 26-da Azərbayc...